Antonov ABŞ-a çatdı - Yenilənib

antonov-abs-a-catdi
Oxunma sayı: 3554

Rusiya məsləhətləşmələr üçün geri çağırdığı Vaşinqton səfiri Anatoli Antonovu vəzifəsinin icrası üçün ABŞ-a göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Səfir Moskvadakı Şeremetyevo hava limanından yola salınıb.

Qeyd edək ki, səfirlərin öz vəzifə yerlərinə qayıtması ilə bağlı razılaşma Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Baydenin görüşündə əldə olunub.

***

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov artıq Birləşmiş Ştatlardadır.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Məlumata görə, onun olduğu təyyarə Con Kennedi adına Beynəlxalq Hava Limanında (Nyu-York) eniş edib. Səfir “Aeroflot”un müntəzəm reysi ilə yerli vaxtla saat 11:50-də (Bakı vaxtı ilə saat 19:50-də-red.) ABŞ-a çatıb.

Hava limanında Antonovu rusiyalı diplomatlar qarşılayıb və onunla bərabər səfirliyin avtomobillərində Vaşinqtona yollanıblar.