“Araz Naxçıvan” portuqaliyalı futbolçu transfer etdi

araz-naxcivan-portuqaliyali-futbolcu-transfer-etdi
Oxunma sayı: 1303

Yeni mövsümün hazırlığını Bakıda həyata keçirən “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, komanda Nuno Migel Rodrigezlə anlaşıb. 

Bu gün Bakıya gələn portuqaliyalı 29 yaşlı futbolçu tibbi müayinədən keçib və onunla 1 il müddətini əhatə edən müqavilə imzalanıb. Sağ cinah hücumçusunun son klubu Portuqaliyanın 2-ci liqasında iştirak edən “Sportinq Clube da Covilha”dır. Nuno karyerası ərzində “Oliveira do Hospital”, “Pedras Salqadas”, “Qafanha”, “Lusitano Vildemoinhos”, “Mafra”, “Arouca”, “Vilafranquense” klublarının da formasını geyinib.