“Araz” supermarketin iki mindən çox əməkdaşı təlimlərə cəlb olunub

araz-supermarketin-iki-minden-cox-emekdasi-telimlere-celb-olunub
Oxunma sayı: 1416

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi Azərbaycan istehlakçısını yüksək keyfiyyətli və uyğun qiymətli qida, eləcə də qeyri-qida məhsulları ilə təmin etməklə yanaşı, ölkə iqtisadiyyatına peşəkar kadrların yetişdirilməsi, insan kapitalının formalaşdırılması ilə də mühüm töhfələr verir.   

“Araz” supermarketlər şəbəkəsində 9.000-dən artıq şəxs işlə təmin edilib. Sözügedən əməkdaşların peşəkarlıq göstəricilərinin yüksəldilməsi məqsədilə onlar mütəmadi olaraq təlimlər, təcrübə proqramları və kurslara cəlb edilirlər. 2023-cü ilin ilk 8 ayında 2.000-dən çox “Araz” supermarketlər şəbəkəsi əməkdaşına təlimlər keçirilib.

“Araz”da “Öyrəndiklərini öyrət”

“Araz”ın İnsan Resursları departamentinin İstedadların İdarə edilməsi və İnkişafı Şöbəsinin müdiri Zaur Məmmədlinin sözlərinə görə, təlimlər fəaliyyət göstərdiyi sahədə böyük təcrübəsi olan rəhbər vəzifəli şəxslər və təlimçilər, eyni zamanda bu sahədə ixtisaslaşmış şirkətlərdən cəlb edilən yerli və xarici mütəxəssislər tərəfindən aparılır: “Daxili təlimlər “Öyrəndiklərini öyrət” layihəsi çərçivəsində müxtəlif mövzularda həyata keçirilir. Bu siyahıda “V – Market idarəçilik proqramı”, “Mal qəbulu zamanı keyfiyyət və qida təhlükəsizliyinin təminatı”, “Praktik kateqoriyanın və səmərəliliyin idarə edilməsi”, “Məhsulların son istehlak tarixi”, “Keyfiyyətli meyvə-tərəvəzin təyin edilməsi və rəfə düzgün şəkildə yığılma qaydası”, “SƏTƏM qaydaları”, "İnsan resurslarının planlaşdırılmasının əhəmiyyəti" təlimlərini göstərmək olar”.   

Peşəkar yerli və xarici təlimçilərdən dəstək

“Araz” əməkdaşları daxili təlimlərlə yanaşı mütəmadi olaraq ixtisaslaşmış şirkətlər tərəfindən keçirilən, peşəkar yerli və xarici mütəxəssislərin təlimlərində də iştirak edirlər. Onlara “Kateqoriyaların idarə olunması təlimi - Nielsen İQ”,  “Çeşid seqmentasiyası - Cluster, Segment (good-better-best) təlimi”, “Müştəri qərar ağacı və kateqoriya üzrə planoqram tərtibatı”, “Səriştə əsaslı müsahibə texnikaları”, “Retail üçün biznes və maliyyə analizi”, “Təchizat zəncirinin idarə edilməsi”, "ISO 9001 - Daxili audit", “ISO 31000 - ISO 9001” mövzusunda keçirilən təlimləri misal göstərmək olar.   

Həmçinin “Araz” supermarketlər şəbəkəsində yeni işə qəbul edilən əməkdaşların adaptasiya və orientasiyası məqsədilə də mütəmadi təlimlər keçirilir. 2023-cü ilin aprel-iyul ayları ərzində “Araz”da yeni işə qəbul edilən təxminən 2.000-dən çox əməkdaşın 1.200-dən çoxu bu təlimlərdən yararlanıb.