Arif Məmmədov vəzifəsindən azad olundu - Səfir təyin edildi

arif-memmedov-vezifesinden-azad-olundu
Oxunma sayı: 11176

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

”Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Sərəncamla Arif Baloğlan oğlu Məmmədov Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Arif Məmmədov Azərbaycanın Yunanıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.