“Arsenal” son dəqiqələrdə məğlubiyyətdən xilas oldu

arsenal-son-deqiqelerde-meglubiyyetden-xilas-oldu
Oxunma sayı: 565

Londonun “Arsenal” klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Almaniyada “Bayer Leverkuzen”lə heç-heçə edib.

“Qafqazinfo” xəbər verir ki, Leverkuzendəki “BayArena” stadionunda keçirilən qarşılaşma 1-1 hesabı ilə başa çatıb.

Matçın 46-cı dəqiqəsində Robert Andriç meydan sahiblərini önə keçirsə də, “topçular”ın heyətində Kay Havertz 89-cu dəqiqədə penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib. Görüşü türkiyəli referi Halil Umut Meler idarə edib. Tərəflər arasında cavab qarşılaşması martın 17-də Londondakı “Emirates” stadionunda keçiriləcək. 

Xatırladaq ki, “Bayer” pley-off mərhələsində “Olimpiakos”u (2-0) mübarizədən kənarlaşdırıb, “Arsenal” isə qrup mərhələsini lider kimi başa vurub.