“Arvadımla oğlum Belçikada partladılan aeroportda olub...” - Saakaşvili

arvadimla-oglum-belcikada-partladilan-aeroportda-olub
Oxunma sayı: 7010

“Həyat yoldaşım və oğlum Brüsseldə hava limanında partlayış baş verməzdən bir neçə saat öncə həmin terminalda olub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ”Facebook” səhifəsində yazıb.

Saakaşvilinin sözlərinə görə, ailə üzvləri terror aktı baş verməzdən öncə təyyarəylə uçub:

“Mən bu faciə haqda oxuyanda artıq bilirdim ki, onlar uçublar. Lakin dərhal hadisə qurbanlarının yaxınları haqda düşündüm.Çox dəhşətli faciədir və çox təəssüf edirəm ki, bu, son deyil”.

Qeyd edək ki, son rəsmi rəqəmlərə görə, Brüssel hava limanında baş vermiş partlayışda 11 nəfər həlak olub.