Hamı “Chanel”in bu ayaqqabılarından danışır - Fotolar

hami-chanelin-bu-ayaqqabilarindan-danisir
Oxunma sayı: 1157

“Chanel”in ən son “Cruise” kolleksiyası Fransanın Biarritz şəhərində təqdim edilib və podiumda nümayiş olunan qeyri-adi ayaqqabı dizaynı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, kolleksiya brendin yeni yaradıcı direktoru Matiye Blazinin ilk “Cruise” şousu kimi diqqət çəkib.

“Sous le soleil la plage” adlı nümayişdə parlaq rənglər, böyük çimərlik çantaları və fərqli siluetlər ön plana çıxsa da, ən çox reaksiyanı “çətinliklə geyilən” yeni ayaqqabı modeli alıb.

Bu dizayn yalnız ayağın daban hissəsini örtən, ön hissəni isə açıq saxlayan qeyri-adi forması ilə seçilir. Podiumda qara və qızılı rənglərdə təqdim olunan model bəzi izləyicilər tərəfindən tənqid edilib, sosial şəbəkələrdə isə ironik şərhlər yazılıb. İstifadəçilərdən biri “50% endirim olsa daha yaxşı olar” yazaraq, dizaynı istehza ilə qiymətləndirib.

Digərləri isə ayaqqabının praktik olmadığını bildirərək, “bunu geyinmək üçün çox cəsarətli olmaq lazımdır” və “ayağın qalan hissəsi haradadır?” kimi reaksiyalar verib.

Buna baxmayaraq, moda dünyasında “çirkin ayaqqabı” trendlərinə marağın artdığı qeyd olunur. Son illərdə “balet krossovkaları” və hibrid idman ayaqqabıları kimi modellər də populyarlıq qazanıb.