Asəf Hacıyev işdən çıxarıldı - Yenilənib

asef-haciyev-isden-cixarildi
Oxunma sayı: 14409

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov rəhbəri olduğu qurumda islahatlara başlayıb.

“Qafqazinfo”nun Unikal.org-a istinadən məlumatına görə, İsmət Səttarov Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyevi vəzifəsindən azad edib.

İ.Səttarovun digər əmri ilə MTRŞ-nin Aparat rəhbəri vəzifəsinə, sədrin köməkçisi Fazil Novruzov təyin olunub.

***

Fazil Novruzov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Asəf Hacıyev öz ərizəsi ilə işdən çıxıb: “Pedaqoji fəaliyyətlə məşğul olacaq. Hazırda onun Aparat rəhbəri vəzifəsini mən icra edirəm”.