Astarada ata və övladını maşın vurdu - Uşağın durumu ağırdır

astarada-ata-ve-ovladini-masin-vurdu
Oxunma sayı: 1727

Astarada yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb.

Belə ki, Ərçivan qəsəbə sakini Rəhim Rza oğlu Fərruxovla azyaşlı oğlu 2022-ci il təvəllüdlü Z.F-ni maşın vurub.

Qəzada xəsarət alan ata və oğul Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır qiymətləndirilən azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travması, koma, başın açıq yarası, ataya isə burunun kəsilmiş yarası diaqnozu qoyublar.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov