Atəşkəslə bağlı danışıqlar Ər-Riyadda olacaq

ateskesle-bagli-danisiqlar-er-riyadda-olacaq
Oxunma sayı: 863

Rusiya və ABŞ texniki qrupları qismən atəşkəsin tətbiqini müzakirə etmək üçün yaxın günlərdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşəcək.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovla telefon danışığından sonra bildirib.

“Rusiyalı həmkarım Uşakov və mən razılaşdıq ki, texniki qruplarımız yaxın günlərdə Ər-Riyadda görüşəcək, diqqəti Prezident Trampın Rusiyadan əldə etdiyi qismən atəşkəs rejiminin tətbiqi və genişləndirilməsinə yönəldəcək”, - Ağ Ev sözçüsü qeyd edib.