“Atışma düz yanımızda baş verib” - Xalq artistinin xanımı + Video

atisma-duz-yanimizda-bas-verib
Oxunma sayı: 13719

Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti, opera ifaçısı Anna Netrebko Vyanada törədilən terror aktından danışıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram hesabında bildirib.

“Bizdə burada atışma baş verib, düz yanımızda. Bizimlə hər şey yaxşıdır, qonşumuz atışmanı gördü, çox qorxub. Atışmanı, çaxnaşmanı, qaçan insanları, qışqırıqları görüb. Xəbər gözləyirik. İndi burada sakitlikdir, çox-çox sakitlikdir. Görək, nə baş verəcək”, - o deyib.