“Atletiko” Qrizmannla bağlı qərar verdi

atletiko-qrizmannla-bagli-qerar-verdi
Oxunma sayı: 1475

“Atletiko” futbolçusu Antuan Qrizmannla müqaviləni yeniləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb. 

Fransalı futbolçu ilə yeni sözləşmənin müddəti 2027-ci ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, 2014-2019-cü illərdə “Atletiko”da çıxış edən 34 yaşlı hücumçu 2021-ci ildə yenidən Madrid klubuna qayıdıb. O, başa çatan mövsümdə 53 oyunda 16 qol vurub, 9 məhsuldar ötürmə edib.