Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşı iş yerində vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, hadisə nahar fasiləsi zamanı telekanalın binasında baş verib. Şirkətdə sürücü kimi işləyən Mustafa Məmmədiyyə oğlu Məmmədov yemək yeyərkən boğazında qida qalıb. Qida nəfəs borusuna düşdüyündən o boğularaq ölüb.
Əraziyə tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı oxu.az yayıb.
***
TƏBİB-dən verilən məlumata görə, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (TTTY) “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasının “ATV” redaksiyasından (kanalından) saat 12:09 radələrində “boğulma” səbəbilə çağırış daxil olub.
TTTY-nin həkim briqadaları saat 12:22 radələrində hadisə yerində olub. 1975-ci il təvəllüdlü Mustafa Məmmədovun həkiməqədər ölümü qeydə alınıb.


Son xəbərlər
Son Xəbərlər