Avropa çempionatında 13 medal qazanan idmançılarımız vətənə qayıtdı - Video

avropa-cempionatinda-13-medal-qazanan-idmancilarimiz-vetene-qayitdi
Oxunma sayı: 3028

Türkiyənin paytaxtı Ankarada muay-tay üzrə 23 yaşlılar arasında Avropa çempionatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yarışda Azərbaycan idmançıları 21 nəfərlə təmsil olunub.

İdmançılarımızdan 13-ü qitə birinciliyində medal qazanıb. Onlardan 1-i qızıl, 6-sı gümüş, 6-sı bürünc medal əldə edib.

Avropa çempionatında 22 dövləti təmsil edən 379 idmançı mübarizə aparıb.

Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının prezidenti Araz Musayev yarışdan qayıdan idmançılarımızın qarşılanma mərasimində açıqlama verib. O, komandamızın uğurlu nəticə qazanmasından danışıb: