Avropa Komissiyasının rəhbərinin çıxışı zamanı corab toxudu - Video

avropa-komissiyasinin-rehberinin-cixisi-zamani-corab-toxudu
Oxunma sayı: 2772

Avropalı komissar İlva Yohansson Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin çıxışı zamanı corab toxuması ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Fransanın “Vətənpərvərlər” partiyasının rəhbəri Florian Filippo öz “X” hesabında paylaşıb. 

Onun sözlərinə görə, Leyenin Avropa İttifaqındakı vəziyyət barədə Avropa parlamentindəki çıxışı o dərəcədə yorucu olub ki, onun komissarlarından biri o danışarkən toxumağa üstünlük verib: “Və bu yüksəkgəlirli şəxslər sizin taleyinizi həll edir! İnanılmazdır”, - deyə Filippo qeyd edib. 

Qeyd edək ki, sentyabrın 11-dən 14-nə qədər Strasburqda Avropa parlamentinin plenar sessiyası keçirilib. Ursula von der Leyen isə Aİ-də vəziyyətlə bağlı illik hesabatla çıxış edib.