Avropada anomal isti dəhşəti - Bir həftədə 16 min insan öldü

avropada-anomal-isti-dehseti
Oxunma sayı: 668

İyun ayında Avropada müşahidə olunan anomal istilər nəticəsində bir həftə ərzində həyatını itirənlərin sayı 16 min nəfəri ötüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri məlumat yayıb.

Qəzet yazır ki, Avropanın ölüm göstəricilərinin monitorinqi şəbəkəsinin təhlili 2026-cı ilin iyununda baş verən anomal istilər zamanı qitədə adi hallarla müqayisədə təxminən 16 min nəfər daha çox insanın vəfat etdiyini üzə çıxarıb:

“Ölümlərin böyük hissəsi yüksək temperatur şəraitinə öyrəşməyən və vəziyyətlə mübarizə aparmaqda çətinlik çəkən ölkələrdə – Fransa, Belçika və Almaniyada qeydə alınıb. İyunun sonlarında qitənin böyük hissəsində, o cümlədən İspaniya və İtaliyada hava şəraiti +38 dərəcəni keçib. Lakin ölüm göstəricilərində kəskin artım məhz istilərə daha az hazır olan Şimal-Qərbi Avropa ölkələrində müşahidə olunub”.

Qeyd edək ki, Almaniyanın Səhiyyə Nazirliyinə tabe olan Robert Koks İnstitutunun (RKI) məlumatına görə, 2026-cı ildə ölkədə güclü istilərin fəsadları səbəbindən 12,5 minə yaxın insan həyatını itirib ki, bu da orta illik göstəriciləri əhəmiyyətli dərəcədə üstələyir.