Avtomobil 5 yaşlı oğlanı vurub öldürdü

avtomobil-5-yasli-oglani-vurub-oldurdu
Oxunma sayı: 3995

Aprelin 9-u saat 18 radələrində Ağdaş şəhəri ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Tural Muradov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən 2019-cu il təvəllüdlü Ə.Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.