Avtomobildə yanaraq ölən sürücünün şəxsiyyəti məlum oldu - Fotolar + Yenilənib

avtomobilde-yanaraq-olen-surucunun-sexsiyyeti-melum-oldu
Oxunma sayı: 9889

Kürdəmir rayonunun Xırdapay kəndində "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. 

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı avtomobilin sürücüsünün (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Fotolar: APA

**

Gecə saatlarında Kürdəmir rayonunda baş vermiş yol qəzası zamanı avtomobildə yanaraq ölən sürücünün şəxsiyyəti bəlli olub.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, bu, 1960-cı il təvəllüdlü Ağdam rayon Xındırıstan kənd sakini Həsənov Vahid Yusif oğludur.

Qeyd edək ki, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 90-ED-530 dövlət nömrə nişanlı BMW markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən sürücü qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə yüz metr torpaq yolla gedib və sonra qəfil yanıb.

Faktla bağlı araşdırma aparılır.