Aygün Gülağa Tənhanın sözlərinə mahnı oxudu - Bu da klip

aygun-gulaga-tenhanin-sozlerine-mahni-oxudu
Oxunma sayı: 2959

Xalq artisti Aygün Kazımova “Hardasan” adlı yeni mahnısını və klipini təqdim edib. 

"Qafqazinfo" xəbər verir ki, sözləri Gülağa Tənhaya aid olan, modern aranjimanda hazırlanan mahnı bəstəkar İsmayıl Əsədov tərəfindən Aygün Kazımovaya hədiyyə edilib. Bəstəkar 11 ildir ki, bu mahnını Aygün Kazımovanın ifasında eşitməyi arzuladığını bildirib. 

Ekran işində sənətçinin tərəf müqabili Türkiyədə fəaliyyət göstərən həmyerlimiz modelyer -dizayner Rüfət İsmayıldır. Klipin rejissoru Teymur Nəcəfzadə ekran işində xüsusi qrafika yaradıb. Montaj və rəng effektləri Elrəngə məxsusdur.

Müğənninin imici üzərində Ruxa və Telman Heybətov və dizayner Rüfət İsmayıl çalışıb.