Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırır

azerbaycan-fransa-parlamentlerarasi-elaqeler-uzre-isci-qrupu-fealiyyetini-dayandirir
Oxunma sayı: 2133

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Soltan Məmmədov öz “X” hesabındakı paylaşımında qeyd edib. 

Məlumata görə, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransanın Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin və işçi qrupu ilə əlaqələrinin dayandırılması barədə məlumatı təəssüf hissi ilə qarşılayır: “Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırır”.