Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu

azerbaycan-kubokunda-hakim-biabirciligi
Oxunma sayı: 730

Ötən gün Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində keçirilən “Səbail” – “Zirə” matçında hakimlər biabırçı qərarla yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın baş hakimi Səbuhi Bayramov meydan sahiblərinin futbolçusu Samuel Nonqoha ikinci sarı vərəqə göstərsə də, qırmızı vərəq verməyi unudub. 

Matçın 4-cü hakimi isə baş hakimi yanına çağıraraq ona xəbərdarlıq edib. Lakin Səbuhi Bayramov yenə Nonqoha qırmızı vərəqə göstərməyib. “Səbail” futbolçularının təzyiqi hakimi kamerunlu futbolçunu meydandan qovmaq fikrindən daşındırıb. Daha sonra isə Nonqoh Ehtiram Şahverdiyevlə əvəz olunub.