Azərbaycan kubokunda daha 4 oyun

azerbaycan-kubokunda-daha-4-oyun
Oxunma sayı: 757

Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsi davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün 4 matç keçiriləcək. "Şahdağ Qusar" "Qaradağ Lökbatan"ı, "Kəpəz" "Bakı Sportinq"i, "Kür-Araz" "Araz-Naxçıvan"ı, "Lerik" isə "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, ötən gün oynanılan görüşlərdən sonra "Karvan", "İrəvan", "Səbail", MOİK və "Turan Tovuz" 1/8 finala yüksəlib.

29 noyabr (çərşənbə)

13:30. “Şahdağ Qusar” – “Qaradağ Lökbatan”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu 

13:30. “Kəpəz” – “Bakı Sportinq”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Tovuz şəhər stadionu

15:00. “Kür-Araz” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev.
“Dalğa Arena”, 

18:00. “Lerik” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Orxan İbişov, Səbuhi Bayramov.
“Kapital Bank Arena”