Azərbaycan millisinin Fransadakı açıq məşqinin vaxtı məlum oldu

azerbaycan-millisinin-fransadaki-aciq-mesqinin-vaxti-melum-oldu
Oxunma sayı: 1139

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Paris şəhərindəki “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı oktyabrın 9-u Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq.

9 oktyabr

Fransa milli komandası

14:15. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası

21:30. Mətbuat konfransı
22:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.