Azərbaycanın NATO-dakı səfiri NATO Baş Katibinin xüsusi nümayəndəsi ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın NATO Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri, ölkəmizin NATO-dakı səfiri Cəfər Hüseynzadə tviter hesabında yazıb.
O qeyd edib ki, NATO Baş Katibinin Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Xüsusi Nümayəndəsi xanım İrene Fellin ilə gözəl görüş baş tutub:
“Görüşdə biz NATO-Azərbaycan tərəfdaşlığı, WPS (Women, Peace and Security) mözsunun gündəliyində dayanan məsələləri, eləcə də bu ilin payızında Bakıda keçiriləcək yüksək səviyyəli konfransı müzakirə etdik”.
Son xəbərlər
Son Xəbərlər