“Azərbaycan prezidenti ilə işbirliyim yoxdur” - Mübariz Mənsimov

azerbaycan-prezidenti-ile-isbirliyim-yoxdur-mubariz-mensimov
Oxunma sayı: 683

“Qafqazinfo” azərbaycanlı iş adamı Mübariz Mənsimovun Hürriyət qəzetinə verdiyi müsahibədən bəzi hissələri təqdim edir:

Ötən ili Palmali üçün ən uğurlu il hesab edən şirkətin prezidenti 127 milyon petrol daşıdıqlarını, bu il isə 135 milyon planladıqlarını deyib. Mübariz Mənsimov ölkə başçıları ilə ortaq olması haqda yazılan məlumatlara da aydınlıq gətirib:

“Azərbaycan da daxil olmaqla heç bir dövlətlə, prezidentlə və məmurla bir işbirliyim olmadı. Onlarla dostumluğum ola bilər, amma heç vaxt ortaqlığım olmadı, olmayacaq da”.

Mənsimov Türkiyədən heç bir yerə getməyəcəyini oranı çox sevdiyini qeyd edib: “Türkiyəni çox sevirəm, türk vətəndaşıyam və bunu hər kəs bilir. Bakı və İstanbul mənim üçün ən önəmli şəhərlərdəndir. İstanbul isə bizim işimiz üçün ideal məkandır.

Azərbaycanlı iş adamı Türkiyədəki “Bugatti”nin ona aid olması ilə bağlı sualı da cavablandırıb: ““Bugatti”nin mənə aid olması doğru deyil. O qardaşımın maşınıdır. Adamın tipi də mənə bənzəyir deyə elə bilirlər ki, mənəm. Avtomobil xəstəliyim yoxdur. Beş ildən bir maşınımı dəyişirəm. Hazırda “Range-Rover”dən istifadə edirəm, sürücüm belə yoxdur, özüm sürürəm. Qarajımın olduğunu etiraf edirəm. Maşınlarımı saymamışam, amma harda evim varsa, orda maşınım var. Şəxsi 10-11 maşın, 5 yaxtam var.

Mənsimov mətbuatda barəsində yazılanlara da münasibət bildirib: “Mənə aid olan yazılardan narahat olmuram. Sadəcə gülürəm. Bəzi insanlar onlar haqqıdna yazılanlardan narahat olurlar, mən isə narahat olmuram, çəkinmirəm. Niyə çəkinim, məni işdən çıxaracaqlar?