“Azərbaycan Qarabağa birdən çox yolun olmasını təklif edir”

azerbaycan-qarabaga-birden-cox-yolun-olmasini-teklif-edir
Oxunma sayı: 2129

“Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Arab News” nəşrinə müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin blokadasından söhbət belə gedə bilməz: “Azərbaycan Qarabağa birdən çox yolun olmasını təklif edir. Belə vacib yollardan biri də Ağdam-Xankəndi yoludur. Bu yol daha səmərəlidir və daha çox logistika imkanlarına sahibdir. Çünki Azərbaycan bu yolu tamamilə yenidən qurub”.