Azərbaycan rejissorunun filmi Almaniyada təqdim olundu - Fotolar

azerbaycan-rejissorunun-filmi-almaniyada-teqdim-olundu
Oxunma sayı: 1990

Oktyabr ayının 24-də Almaniyanın Münhen şəhərində “Ana duası” filminin təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, film Yəhudi Mədəniyyət Mərkəzində Münhen Dağ Yəhudiləri İcmasının təşəbbüsü ilə Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalıdır.

Rejissoru Rüfət Əsədov olan film Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir.

Filmin qəhrəmanı Oğuzda doğulan, hazırda İsraildə yaşayan, Azərbaycan diasporunun fəallarından biri olan ravvin Şmuel Simantovdur.

Sözügedən film Rüfət Əsədovun dağ yəhudiləri haqqında yeddinci filmidir.