Azərbaycan və Pakistan XİN rəhbərləri görüşdü - Fotolar

Azərbaycan və Pakistan XİN rəhbərləri görüşdü
Oxunma sayı: 660

Pakistanda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Pakistan XİN rəhbərinin rəsmi tvitter hesabında məlumat verilib.

“Pakistana xoş gəlmisiniz, Ceyhun Bayramov. Azərbaycan Pakistanın əzəli dostu və tərəfdaşıdır və regional və beynəlxalq forumlarda ümumi maraq doğuran məsələlərdə yaxından işləyirik. Pakistan və Azərbaycan ortaq tarixi, dini və mədəni əlaqələrə dayanan bir bağlığa sahibdir”,- deyə Qureyşi qeyd edib.