Azərbaycan və Türkiyənin müdafiə nazirləri görüşdü - Foto

azerbaycan-ve-turkiyenin-mudafie-nazirleri-gorusdu
Oxunma sayı: 1336

Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.