Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Abdulla Abatsiyev Moskvada həbs olunub.
“Qafqazinfo” xəbər verir ki, millimizin keçmiş oyunçusu fırıldaqçı dəstənin kuryeri olmaqda ittiham edilir.
Həmin dəstə fırıldaqçılıqla 14 milyon rubl (265 min 188 manat) əldə edib. A.Abatsiyev də bu fırıldaqda iştirakçı olub.
Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açılıb. Futbolçu Preobrajenski Rayon Məhkəməsi tərəfindən həbs edilib.
Qeyd edək ki, Abdulla Abatsiyev Azərbaycan millisinin heyətində 1 oyun keçirib. O, 2014-cü ilin mayında ABŞ ilə yoldaşlıq görüşündə (0:2) iştirak edib. A.Abatsiyev ölkəmizdə “Sumqayıt” və “İnter” klublarında oynayıb.
Son xəbərlər
Son Xəbərlər