Azərbaycanda 2 bank müflis elan olunub

azerbaycanda-2-bank-muflis-elan-olunub
Oxunma sayı: 6824

1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı qərardadı ilə “Qafqaz İnkişaf Bankı”ASC və “Atrabank” ASC müflis elan olunub.

"Qafqazinfo" xəbər verir ki, bu haqda Əmanətlərin Sığortalanması Fondunun saytında məlumat yerləşdirilib. Məlumata əsasən, Fond 16.08.2016-cı il tarixdən qeyd edilən bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.