Azərbaycanda tanınmış QHT rəhbəri faciəvi şəkildə öldü

azerbaycanda-taninmis-qht-rehberi-facievi-sekilde-oldu
Oxunma sayı: 16793

Azərbaycanda QHT rəhbəri yol qəzasına düşərək, dünyasını dəyişib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Beyləqan rayonu ərazisində baş verib. Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansının sədri, Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyinin rəhbəri Nazir Quliyevin idarə etdiyi avtomobil Əlinəzərli kəndinə gedən yolda aşıb. Avtomobildə QHT rəhbəri ilə yanaşı, həyat yoldaşı və övladı da olub. Qəza nəticəsində 41 yaşlı Nazir Quliyev dünyasını dəyişib. Onun həyat yoldaşı və övladı xəsarət almayıb.

Faktı Nazir Quliyevin dostu, “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov təsdiqləyib. Onun sözlərinə görə, Nazir Quliyev bir neçə gün Mingəçevirdə olub və bu gün doğma kəndinə yola düşüb.

Mərhumun nəşi Beyləqan rayonunun Əlinəzərli kəndindəki evinə aparılıb.