Tovuz-Düzqışlaq avtomobil yolunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.
"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, hadisə yerinin yaxınlığında yerləşən istirahət mərkəzlərinin birində dincələn Eyvaz Həsənov həyat yoldaşı ilə kvadrasikla hərəkət edən zaman idarəetməni itirib və yolun kənarındakı divara çırpılıb.
Qəza nəticəsində Eyvaz Həsənov dünyasını dəyişib, həyat yoldaşı isə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Dünyasını dəyişən 1980-ci il təvəllüdlü polis baş leytenantı Eyvaz Həsənov Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının baş inspektoru vəzifəsində çalışıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlar tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər