Azərbaycanda zəlzələ oldu - Yenilənib

azerbaycanda-zelzele-oldu
Oxunma sayı: 5402

Samuxda 3.6 maqnitudalı zəlzələ baş verib.

“Qafqazinfo” Respublika Seymoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar  saat 17:09-da qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

***

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gəncə stansiyasından 36 km şimal-şərqdə, Samux rayonunda (Mingəçevir su anbarı) yeraltı təkan qeydə alınıb.

Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.