Azərbaycandakı seçkilərdə MDB missiyasına o rəhbərlik edəcək

azerbaycandaki-seckilerde-mdb-missiyasina-o-rehberlik-edecek
Oxunma sayı: 2168

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyasına MDB-nin baş katibi Sergey Lebedev rəhbərlik edəcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyasına MDB-nin baş katibi Sergey Lebedev rəhbərlik edəcək. Onun namizədliyi Birliyə üzv dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının qərarı ilə təsdiq edilib”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, MDB müşahidəçilər missiyası Azərbaycan hökumətinin dəvəti ilə seçki kampaniyasını izləyəcək. MDB İcraiyyə Komitəsi Birlik ölkələrinə öz nümayəndələrinin müşahidə missiyasının tərkibinə namizədliyini irəli sürmək xahişi ilə dəvət göndərib: “Əvvəlki kampaniyalarda olduğu kimi, missiyanın işi siyasi neytrallıq, seçki prosesinə və dövlətin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanaraq, ciddi şəkildə milli qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də respublikada növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçirilməsi haqqında Sərəncam imzalayıb.