“Azərbaycandakı “TEKNOFEST”də buna şahid olduq”

azerbaycandaki-teknofestde-buna-sahid-olduq
Oxunma sayı: 1797

“Azərbaycandakı “TEKNOFEST”də yerli və milli texnologiyalarımızın nə qədər tanındığının şahidi olduq”.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı bildirib.

“İlon Mask ölkəmizin son illərdə texnologiya sahəsində əldə etdiyi uğurların fərqindədir. Təkcə Mask deyil, bütün dünya indi bizim bu məsələlərdəki nailiyyətlərimizi yüksək qiymətləndirir. Necə olduğunu görmək üçün atdığımız addımları təkcə müdafiə sənayesi sektorunda çalışanlar deyil, həm də ölkələrin əhalisi də yaxından izləyir. Bu, bizi sevindirir. Azərbaycanda keçirilən “TEKNOFEST”də yerli və milli texnologiyalarımızın nə qədər tanındığının şahidi olduq", - deyə Ərdoğan bildirib.