Azərbaycandan yarım milyon dollar çıxararkən - Tutuldu

azerbaycandan-yarim-milyon-dollar-cixararken-
Oxunma sayı: 8670

Rusiyaya qeyri-qanuni yolla yük maşınında küllü-miqdarda pul vəsaiti keçirməyə çalışan azərbaycanlı saxlanılıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Dağıstan prokurorluğu K.Əliyevə qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib.

Məlum olub ki, ötən ilin sentyabrında Azərbaycandan Rusiyaya keçməyə çalışan həmyerlimiz yek avtomobilində “Taqirkent-Kazmalyar” keçid məntəqəsindən qanunsuz yolla 424 min ABŞ dolları və 4,5 milyon rubl keçirməyə cəhd edib.