Azərbaycanı “Tı super!”də o təmsil edəcək - Video

azerbaycani-ti-superde-o-temsil-edecek
Oxunma sayı: 2220

Sentyabrın 20-də Bakı vaxtı ilə saat 21:10-da Rusiyanın “NTV” telekanalının efirində valideyn himayəsindən məhrum uşaqların iştirak etdiyi “Tı super!” beynəlxalq vokal müsabiqəsinin dördüncü mövsümü start götürəcək.

"Qafqazinfo" "NTV"yə istinadən bildirir ki, çətin taleli istedadlı uşaqlar özlərini göstərmək və bütün dünyaya tanıtmaq üçün yenidən böyük səhnəyə çıxacaqlar – yeni mövsümdə müsabiqədə Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Qırğızıstan, Moldova və Estoniyadan olan 58 iştirakçı yer alacaq.

Azərbaycanı “Tı super!” müsabiqəsinin dördüncü mövsümündə 15 yaşlı Xanım Əhmədiyeva təmsil edəcək. “NTV”nin rəsmi saytında bildirirlir ki, Xanımın valideynləri beş il əvvəl boşanıblar və o vaxtdan qız uşaq evində yaşayır. Onun qardaşı və bacısı var. Xanım ünsiyyətcil, çalışqan və çox mehriban bir uşaqdır, qız altı yaşında oxumağa başlayıb, onun əsas arzusu peşəkar müğənni olmaqdır.

Xatırladaq ki, Xanım Əhmədiyeva “Tı super!” layihəsinin üçüncü mövsümünün iştirakçısı olub.