Azərbaycanın ən güclü boksçuları müəyyənləşdi – Siyahı

azerbaycanin-en-guclu-boksculari-mueyyenlesdi-siyahi
Oxunma sayı: 869

“Qafqazinfo”nun anspress.com-a istinadən verdiyi xəbərə görə, Dünya və Avropa çempionatının mükafatçısı Samir Məmmədov (56 kq) uzun fasilədən sonra yenidən Azərbaycanda ən güclü olduğunu sübut edib. “Neftçi” İSM-in boksçusu finalda əsas rəqibi Rəhim Nəcəfovu 23:11 hesabı ilə məğlub edib.

Samir Məmmədov həm də, yarışın ən yaxşı boksçusu üçün ayrılmış mükafata da sahib olub. Yarışın ən gənc iştirakçılarından olan Tural Əhmədov finalda da çətinlik çəkmədən qalib gəlib. Bu il “Böyük İpək Yolu” və Abbas Ağalarovun xatirəsinə həsr olunmuş turnirdə 1-ci olan Əhmədov Sərxan Babayevi 26:6 hesabı ilə üstələyib. Neft Ölkələrinin Dünya kuboku turnirində qələbə qazanmış Cavid Çələbiyev (52 kq) ölkə çempionatında da fərqlənib. O, Kamran Məlikov üzərində 21:13 hesabı ilə qələbə qazanıb.

Dünya çempionatının mükafatçısı Emil Məhərrəmov bu il də ölkə çempionatında finalda uduzub. Uzun illər milli komandamızın kapitanı olmuş boksçunun Tamerlan Abdullayevlə həlledici döyüşü 14:14 hesabı ilə yekunlaşsa da, hakimlər qələbəni Abdullayevə veriblər. Rahib Bəylərov çəkisini dəyişməsinə baxmayaraq, yenə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ümum komanda hesabında “Rabitə İdman Klubu 1-ci, “Neftçi” İSM 2-ci, “Qızıl Əlcək” isə 3-cü yeri tutub.

49 kq
Sərxan Babayev (Rabitə) 6:26 Tural Əhmədov (Rabitə)

52 kq
Cavid Çələbiyev (DİN İC) 21:13 Kamran Məlikov (Rabitə)

56 kq
Samir Məmmədov (Neftçi) 23:11 Rəhim Nəcəfov (Rabitə)

60 kq
Kamran Baxşəliyev (Rabitə) 12:22 Tapdıq Bayramov (Qızıl Əlcək)

64 kq
Nurlan Məmmədov (Rabitə) 16:22 Ruslan Qasımov (Neftçi)

69 kq
Tamerlan Abdullayev (Rabitə) 14:14 Emil Məhərrəmov (Rabitə) qələbə Abdullayevə verilib

75 kq
Yolçu Zeynalov (Rabitə) 13:17 Fariz Məmmədov (Lokomotiv)

81 kq
Rahib Bəylərov (General Məhəmməd Əsədov) – Rəhman Şıxəliyev (Sumqayıt) tam üstünlüklə Bəylərov qalib gəlib

91 kq
Hacıbaba Hacıbabayev (Rabitə) – Kamran Mehdiyev (Rabitə) Hacıbabayev döyüşə çıxmayıb

91+kq
Fərid Şabanov 13:20 Zamiq Atakişiyev (Naxçıvan klubu)