Vətən müharibəsi ilə bağlı kitabın ingilis və rus dillərində nəşrlərinin təqdimatı keçirildi - Fotolar

veten-muharibesi-ile-bagli-kitabin-ingilis-ve-rus-dillerinde-nesrlerinin-teqdimati-kecirildi
Oxunma sayı: 448

Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı “-  adlı 2-ci cild yeni kitabın Bakı Kitab Mərkəzində elm və təhsil ictimaiyyəti nümayəndələri, paytaxtın ali məktəb tələbələrinin iştirakı ilə ingilis və rus dillərində nəşrlərinin təqdimatı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Bakı Kitab Mərkəzinin direktoru Günel Anar qızı kitabla bağlı təəssüratlarını bölüşərək yeni kitabın əhəmiyyətindən danışıb, gənclər və tədbir iştirakçıları adından cənab Prezidenti ad günü münasibəti ilə ürəkdən təbrik edib.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov xüsusi vurğulayıb ki, Şanlı Qələbənin əldə olunması və sonrakı illərdə ölkədə həyata keçirilən böyük işlərin ölkə başçısı İlham Əliyevin dahi intellekti, müdrik sərkərdəlik qabiliyyəti və sarsılmaz iradəsi sayəsində  mümkün olub.

A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükurov bildirib ki, 44 günlük Vətən müharibəsinə həsr edilən və artıq 11 dilə tərcümə edilən ilk kitabın davamı olaraq çap edilən 2-ci kitab Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm tarixi hadisələrə həsr edilib. 

Təqdimat mərasimində gənc fəal Eldar Əzizov, Vətən müharibəsi  qazisi Şəmsəddin Qurbanov, Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC tələbəsi Davud Şeydayev və digərləri çıxışlarında bu nəşrin   müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin xaricdəki çoxsaylı oxuculara düzgün çatdırılmasında mühüm rol oynayacağını vurğulayıblar.

Xaricdə təhsil alan Azərbaycanlı tələbələr adından çıxış edən gənc fəal Eldar Əzizov vurğulayıb ki, biz ölkə hüdüdlarından kənarda təhsil alan gənclər öz Prezident İlham Əliyevin bizə dəstəyini hər zaman hiss edir və onun dahiliyini indi daha yaxından başa düşürük: “Biz Prezidentimizlə fəxr edirik və xaricdəki təhsilimizə yaratdığı şəraitə görə ona dərin minnətdarlığımızı bildiririk”.

Hər iki nəşr müxtəlif xarici olkələrə, Possovet dövlətləri və Şərqi Avropanın rusdilli auditoriyasına, həmçinin ilk nəşrdə olduğu kimi dünyanın müxtəlif ali təhsil müəssisələrinə, kitabxanalara, aparıcı informasiya vasitələrinə təqdim olunacaqdır. Bununla da xaricdəki ingilis və rusdilli auditoriya İkinci Qarabağ  müharibəsindən sonra Azərbaycanda aparılan quruculuq işləri barədə daha geniş məlumat alacaqlar.