İsrail müdafiə naziri Yoav Qallantın Azərbaycana səfəri başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə tviter hesabında bildirib.
“Azərbaycana məhsuldar səfərimi yenicə başa vurdum. Burada Azərbaycan Prezidenti İlham Əliyev, həmkarım, nazir general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşlər keçirdim. Biz müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”, - deyə Y. Qallant yazıb.
İsrailli nazirin sözlərinə görə, Azərbaycana səfər çərçivəsində bir sıra sahələrdə əməkdaşlıq etməklə yanaşı, güclü əlaqələr və möhkəm dostluğu daha da dərinləşdirmək istiqamətində razılıq əldə olunub: “Azərbaycanla müdafiə əlaqələrimiz hər iki xalqın təhlükəsizliyinə, eləcə də regional sülh və sabitliyə töhfə verir”.



Son xəbərlər
Son Xəbərlər