Tanınmış avtobloqer Əflatun Əfəndiyev sentyabrın 23-də Çinin Lijiang şəhərində rəsmi distributor “Zeekr Azərbaycan”ın dəvəti ilə ən yeni modeli, 9X-i sınaqdan keçirib.
Ümumilikdə 400 km məsafəni əhatə edən Lijiang–Dali–Lijiang marşrutunda avtomobil həm dağlıq offroad şəraitində, həm də şəhər yollarında sınanıb. Əflatun Əfəndiyev test zamanı avtomobilin gücü, idarəetməsi və salon komfortu barədə ilk təəssüratlarını bölüşüb.
“Zeekr 9X”– 1,400 at gücü olan premium plug-in hibrid SUV modelidir. Avtomobil həm performansı, həm də təhlükəsizlik və komfort imkanları ilə diqqət çəkir.
Qeyd edək ki, “Zeekr 9X” yalnız Azərbaycandakı rəsmi satış mərkəzindən əldə edilə bilər və ön sifarişlər artıq qəbul olunur.
.jpg)
.jpg)
Son xəbərlər
Son Xəbərlər