"Qafqazinfo"ya daxil olan məlumata görə, Amerika Kitabxanaçılıq Asossiasiyası (American Library Association) təkcə Amerika Birləşmiş Ştatları üçün yox, eyni zamanda bütün dünyada kitabxana və kitabxana təhsilini müdafiə edən bir qurumdur. Assosiasiya 1876-ci ildə Filadelfiyada yaradılıb, mərkəzi Çikaqoda yerləşir. 66 000-ə yaxın üzvü var.
Kitabxanaçılıq Assosiasiyası 11 bölmədə fəaliyyət göstərir. Bura Amerika məktəb kitabxanalarının assosiasiyası, Ali məktəb kiatabxanalarının assosiasiyası, Xüsusiləşmiş və kooperasiya edilmiş kiatabxana agentliklərinin assosiasiyaları, Ümumi kitabxanaların assosiasiyası, Rəhbər kitabxana işçilərinin assosiasiyası, Kitabxanalarda informasiya texnikası və texnalogiyasının tətbiqi mütəxəssislərinin assosiasiyası, Uşaqlara kitabxana xidməti assosiasiyası və s. daxildir.
Həmçinin assosiasiya dövlət, regional, eyni zamanda tələbə qurumları ilə də əməkdaşlıq edir, konfranslar keçirir, kitabxanaların inkişafında ayaxından iştirak edir, kitab və bülletenlər nəşr etdirir.
Asossiasiya ona üzv olan hər bir kitabxana istifadəçisinin şəxsi həyatının toxunulmazlığı hüququnu, əldə etdiyi dəqiq informasiya və resursların, alınan və verilən məlumatların səhihliyini qoruyur.
Son xəbərlər
Son Xəbərlər