“Zaqatala”nın futbolçusu Mahmud Məmmədov dopinqə görə diskvalifikasiya olunub.
“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki o, 23 dekabr 2022-ci il tarixində Azərbaycan Milli Antidopinq İntizam Komitəsi (AMAİK) tərəfindən qəbul edilən qərarla Antidopinq Qaydalarının 2.1-ci və 2.2-ci maddələri ilə nəzərdə tutulmuş qayda pozuntularını törətmiş hesab edilib.
Bu səbəbdən M.Məmmədov barəsində məcburi şərti kənarlaşdırma - 28 iyun 2022-ci il tarixindən hesablanmaqla 2 illik diskvalifikasiya sanksiyası tətbiq edilib.
2022-ci il mayın 17-də I Divizionun “Neftçi-2” ilə qarşılaşmasında çıxış edən futbolçudan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən toplanan müvafiq nümunələr laboratoriyaya göndərilib və qadağan edilmiş maddənin mövcudluğu aşkar edilib.
FİFA 9 fevral 2023-cü il tarixində qəbul edilən qərarla AMAİK-in 23 dekabr 2022-ci il tarixli qərarını tanıyıb.