Azərbaycanlı gənc Moskvada çayda boğulub

azerbaycanli-genc-moskvada-cayda-bogulub
Oxunma sayı: 2543

Şəki rayon sakini Rusiyada suda boğulub.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Moskva şəhərində qeydə alınıb.

Şəki rayonu Qoxmuq kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Natiq oğlu Abdullazadə bir neçə gün əvvəl Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri ərazisində çayda çimərkən boğularaq ölüb.

V. Abdullazadənin yaxınlarının verdiyi məlumata görə, hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır.