Azərbaycanlı olduqlarını bilirdiz?- - Türkiyənin ən məşhurları

azerbaycanli-olduqlarini-bilirdiz-
Oxunma sayı: 3996


“Qafqazinfo”nun məlumatına görə, “Türkiyədə məşhur olan 9 azərbaycanlı” (Azerbaycanın hayatımıza soktuğu 9 ünlü isim) başlıqlı yazıda kino, musiqi, ədəbiyyat, iqtisadiyyat sahələrində qazandığı uğurlarla tanınan simalar yer alıb:

1. Günel Zeynalova

İbrahim Tatlısesin kəşf etdiyi Günel böyüyüb qadın olsa da, hələ o Kiçik Azəri qızı olaraq qalıb.

2. Ataol Bəhramoğlu

 Azərbaycan mənşəli ailəsinin soyadı Gurus olan şair ilk şeirlərində "Ataol Gurus" ləqəbini istifadə edib. O, ailə soyadını daha sonra Bəhramoğlu olaraq dəyişdirib. 

3. Tuğba Ekinci

 Çoxumuzun "O şimdi asker" mahnısıyla tanıdığı, Qarsda doğulan Tuğba Ekinci də Azərbaycan əsillidir.

4. Tamer Karadağlı

 “Taş fırın erkeği” adı ilə tanınan aktyor Tamer Karadağlı Azərbaycan dilində olan kəlmələri rol aldığı filmlərdə istifadə edir.

5. Başak Sayan

Ata tərəfi azərbaycanlı olan məşhurlardandır. O “Yaprak dökümü” serialında canlandırdığı Ceyda obrazı ilə məşhurlaşıb.

6. Çağla Şikel

Atası Karsda yaşayan Azərbaycan türklərindən olan Çağla Şikel İstanbulda doğulub.

7. Rza Zərrab

Azərbaycan əsilli Zərrabın adı Türkiyədə baş verən bir çox qalmaqallı hadisələrdə hallanıb. Müğənni Ebru Gündəşlə evli olan iş adamı “Böyük rüşvət əməliyyatı”nda həbs olunanlardandır. 

8. Cem Karaca

Türk-rok sənətçisi, bəstəkar, aktyor Cem Karacanın atası azərbaycanlı əslli Mehmet Karaca, anası erməni əsilli Toto Karacadır. Məşhur  ifaçı 2004-cü ildə vəfat edib.

9. Elnur Hüseynov

 “O səs Türkiyə” yarışmasıyla Türkiyədə məşhurlaşan Elnur Hüseynov gözəl səsi və gülərüzü ilə özünü sevdirən azərbaycanlılardandır. O, 2008 və 2015-ci illərdə “Eurovision” yarışmasında Azərbaycanı təmsil edib.

Könül

“Qafqazinfo”