Bu gün işinə başlayan 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları (BakuTel 2015) sərgisində Azercell Telekom ziyarətçiləri geniş həcmli stendində qəbul edib.
“Qafqazinfo”nun məlumatına görə, 2-5 dekabr tarixlərində davam edəcəck sərgi zamanı Azercell öz müştərilərini yeni satış mərkəzi konsepsiyası ilə təəccübləndirəcək. Yaxın gələcəkdə Azercell-in bütün rəsmi satış mərkəzlərində tətbiq olunacaq yeni yanaşmanı ilk olaraq BakuTel iştirakçıları görəcəklər. Azərbaycanda və regionda texnoloji liderliyini daha da möhkəmləndirmək üçün Azercell yüksək-texnologiya pərəstişkarlarını dördüncü nəsil (4G) / Long Term Evolution (LTE) texnologiyasından istifadə etməklə, sürətli İnternet sahəsində ən son yeniliklərin təqdim olunduğu “Yeni texnologiyalar” bölümünə dəvət edir.
Bununla bərabər, Azercell “BakuTel 2015”-də, həmçinin, bir sıra digər texnoloji yenilikləri də sərgiləndirəcək: bunların hər biri Azərbaycan bazarında rabitə xidmətləri üzrə inqilabi dəyişikliklər təsbit edir. Növbəti texnoloji yenilik - WiFi üzərindən səsli xidmətlərlə bağlıdır. Bütün seyrçilər və xüsusilə də, Azercell abunəçiləri üçün bu rabitə sistemi üzərindən zəng etmək imkanı nümayiş etdirilir.
Azercell öz stedinin İnternet bölümündə hər bir şəxsə sərf edəcək xüsusi endirimli İnternet paketlər nümayiş etdirir. 4G MiFi, 3G MiFi, 3G USB modemləri kimi Azercell-in genişzolaqlı həlləri və digər Data təkliflər müştərilərə hər yerdə mobil olmaq imkanı verir. BakuTel iştirakçıları maksimal sürətli və yüksək keyfiyyətli İnterneti özləri sınaqdan keçirə biləcəklər. Azercell stendinin “Yeni xidmətlər” hissəsində kitabsevərləri xüsusi hədiyyə gözləyir.
Azercell-in təqdim etdiyi Bookmate mobil proqram vasitəsilə telefonda, planşetdə və kompüterdə minlərlə əsərləri əldə edib oxumaq mümkündür. Müsiqisiz həyatını təsvir edə bilməyən insanlar Azercell-in BakuTel-də təqdim etdiyi yeniliklər ürəyincə olacaq. Zvooq şirkəti ilə birgə əməkdaşlıqda baş tutan yeni “Music Streaming” proqramı çərçivəsində Azercell-lilər 25 milyon müxtəlif janrlı musiqi parçasını dinləmək imkanı əldə edirlər. Bu geniş siyahıda populyar xarici musiqi nümunələri ilə yanaşı, Azərbaycan musiqisinin inciləri də yer alıb.
Sərgidə “Music Streaming” tətbiqini birbaşa sınaqdan keçirmək mümkündür. Stendin “Yeni korporativ məhsullar” adlı bölümü Azercell kimi etibarlı tərəfdaşla biznesin rahat və effektiv idarə olunmasını təmin edən şirkətin korporativ müştəriləri üçün yaradılan unikal təkliflər yer alıb. Bundan əlavə, Azercell müxtəlif təqdimatların keçirilməsi üçün xüsusi təlim otağının açılması ilə bu ilki sərgidə iştirakçılara tamamilə yeni, fərqli bir imkan da təklif edir. Azercell Akademiyası və Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin mütəxəssisləri tərəfindən informasiya texnologiyaları, startap proqramları, təqdimat bacarıqları və s. mövzular üzrə keçirilən peşəkar təlimlər istənilən sərgi ziyarətçisi üçün açıq olacaq. “Əyləncə Zonasında” müxtəlif maraqlı oyunlar, intellektual müsabiqələr və mükafatlar gözləyir.







Son xəbərlər
Son Xəbərlər