“Azeri Light”ın qiyməti 92 dolları ötdü

azeri-lightin-qiymeti-92-dollari-otdu
Oxunma sayı: 1496

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti 0,8 ABŞ dolları və ya 0,87% artaraq 92,65 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün neftimiz 91,85 dollara ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.