“Referans”dan Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş tibbi aksiya - Fotolar

referansdan-zerife-eliyevanin-101-illiyine-hesr-olunmus-tibbi-aksiya
Oxunma sayı: 1239

“Referans Medical Group” sosial aksiya çərçivəsində pasiyentlərinə ödənişsiz tibbi xidmətlər göstərib. 

“Qafqazinfo” xəbər verir ki, aprelin 27-də “Referans Medical Group” görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Xırdalan və Xaçmaz filiallarında ödənişsiz göz müayinələri həyata keçirib.

Bildirilib ki, “Referans”ın həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu ölkəmizdə səhiyyə sistemin inkişafı ilə bağlı reallaşdırılan layihələrin əsas tərkib hissələrindən biri hesab olunur.

Ödənişsiz göz müayinələri çərçivəsində 100-ə yaxın pasiyent bu xidmətlərdən tam yararlanıb.

Hər iki filial ən son texnoloji avadanlıqlarla təchiz olunub. Burada  təcrübəli həkim-oftalmoloqlar tərəfindən bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də “Referans Xaçmaz Tibb Mərkəzi”ndə göz əməliyyatları icra olunur.  

Aksiyada əməliyyata ehtiyac olanlar icbari tibbi sığorta çərçivəsində “Referans Xaçmaz Tibb Mərkəzi”ndə tam ödənişsiz əməliyyat olunacaqlar.