İranda 29 həkim saxta spirtli içkidən zəhərlənib - Ölən var

iranda-29-hekim-saxta-spirtli-ickiden-zeherlenib
Oxunma sayı: 1235

İranda 29 həkim saxta spirtli içkidən zəhərlənib.

“Qafqazinfo” İran mediasına istinadən xəbər verir ki, hadisə Şiraz şəhərində baş verib.

Məlumata görə, həkimlər şənliklərin birində saxta spirtli içki qəbul ediblər. Zəhərlənən şəxslər xəstəxanaya çatdırılıb. 

Hadisə nəticəsində bir qadın həkim dünyasını dəyişib, bir nəfər isə komaya düşüb. Daha bir neçə həkimdə böyrək çatışmazlığının qeydə alındığı bildirilir. 

Saxta spirtli içki satan şəxs saxlanılıb.